Pandemiyalara cavab

COVİD-19 PANDEMİYASI: AZƏRBAYCANIN SİYASƏTİ 
Proqram sənədinin əsaslandırılması

Layihə, 11 mart 2022                                                                                                                                                                                 Tam sənədi endir (PDF)

NƏTİCƏLƏR
9. Gələcəkdə siyasət necə olmalı

9.1. Böhran təyinatlı rəqəmsal izləmə texnologiyalarının sosial həyata çıxışı məhdudlaşdırmaq üçün istifadəsi, hər hansı başqa ad altında sosial kredit sisteminin faktiki tətbiqi Konstitusion qaydada yasaqlanmalıdır.

9.2. Covid-19 kimi xəstəliklərlə mübarizə təhlükəsiz peyvəndlə məhdudlaşmalı deyil, onların erkən müalicəsi və profilaktikası əlçatımlı edilməlidir.

9.3. Təkcə faydalılığı haqda tutarlı, qəti elmi-tibbi sübutların olmaması baxımından deyil, həm də məsələnin etik tərəfi nəzərə alınaraq, qismən və ya tam qapanmalar (karantinlər) miqyaslı şəkildə tətbiq edilməməlidir. Bununla belə, mövsümi qripəbənzər xəstəliklərin pik həddə çatdığı vaxtlarda, məsələn, qış fəsli müddətində sinifdə eyni vaxtda xəstələnənlərin sayı 20-30%-dən çox olduğu hallarda həmin sinif və məktəblər üçün qısa müddətli karantin nəzərdən keçirilə bilər.

9.4.  Təkcə faydalılığı haqda tutarlı, qəti elmi-tibbi sübutların olmaması baxımından deyil, həm də məsələnin etik tərəfi nəzərə alınaraq, istər qapalı, istərsə də açıq məkanlarda maskalardan istifadə yalnız könüllü olmalıdır.

9.5. Əhalinin hərəkətinin tibbi səbəblərlə məhdudlaşdırılması tədbirlərinin xeyrinə dair tibbi sübutların olmaması ilə yanaşı, belə tədbirlərin qeyri-etik olması nəzərə alınaraq, bu cür tədbirlər yasaqlanmalıdır.

9.6. KİV-də hər hansı xəstəlik haqqında materialların təşviş yaradacaq şəkildə təqdim edilməsi təcrübəsindən imtina edilməlidir.

9.7. ÜST-nin siyasi və korporativ qərəzliliyi nəzərə alaraq, xalqın sağlamlığı ilə bağlı bütün məsələlərə, o cümlədən epidemiyalara dair Azərbaycanın suveren qərarlarına ÜST-nin təsiri məhdudlaşdırılsın. Xüsusilə də, müalicə üsulları haqda qərarlar avtomatik olaraq ÜST-nin tövsiyələrinə əsaslanmalı deyil.

9.8. Ölkənin suverenliyi üçün təhlükəli olduğunu nəzərə alaraq, BMT-nin Pandemiyaya Qarşı Hazırlıq haqqında Beynəlxalq Sazişinə qoşulmaq olmaz.

9.9. İctimai səhiyyənin məqsədləri “Dayanıqlı İnkişaf” məqsədlərinə bağlı olmamalıdır.

9.10. Covid-19 kimi xəstəliklərin diaqnozu, müstəsna olaraq etibarsız PCR testə deyil, klinik müşahidələr və təhlillər kompleksinə əsaslanmalıdır.

9.11. Müxtəlif ölkələrdən olan həkim və alimlərlə beynəlxalq simpoziumların və onlayn məsləhətləşmələrin keçirilməsi və onlarda iştirak təşviq edilməlidir.

9.12. Epidemioloji risklərinin qiymətləndirilməsi üçün milli potensial yaradılmalı və bu potensial aşağıdakı ənənəvi meyarlara bağlı olmalıdır: xəstə sayının əhalinin ümumi sayında 5%-lik həddi keçib-keçməməsi, xəstəxanaya yerləşdirmələrin sayı, reanimasiya şöbələrinin doluluğu və ölüm nisbətləri.

9.13. Müxtəlif protokol və dərmanların təsirinə nəzarət məqsədilə müntəzəm şəkildə Azərbaycan özünün kor tədqiqatlarını aparmalıdır.

9.14. Səhiyyə infrastrukturu kəmiyyətcə “optimallaşma”dan öncəki vəziyyətə gətirilməli, o cümlədən xəstəxanalarda yoluxucu xəstələr üçün çarpayıların əvvəlki sayı bərpa edilməlidir.

9.15. Hər hansı xəstəlik diaqnozunun qoyulmasını mükafatlandıran maliyyə sxemləri yasaqlanmalıdır.

9.16. Protokollara kor-koranə riayəti deyil, konkret hallarda xəstənin vəziyyətindən çıxış edərək müalicə strategiyaları ilə bağlı kollegial qərarların qəbulu təşviq edilməlidir.

9.17. Covid-19 səbəbindən baş verdiyi qeyd edilən ölümlərin statistikası şəffaf qaydada araşdırılmalıdır.

9.18. Ölüm səbəbinə dair rəsmi sənəddə müalicə həkimi də daxil olmaqla 2 həkim imzası sistemi tətbiq edilməlidir.

9.19. Hər hansı xəstəliklə əlaqədar xəstəxanaya yerləşdirmə meyarları dəqiqliklə təyin edilməlidir.

9.20. Ambulator xəstələrin müalicəsi mövcud telehəkim texnologiyaları ya da sahə həkimi/tibb bacısının ziyarətləri vasitəsilə idarə olunmalı, buna dair mexanizmlər daha dəqiq olmalı və ya yenidən yaradılmalıdır.

9.21. Gigiyena sahəsində maarifləndirməni gücləndirərkən yüksək müqavimətli super-bakteriyaların yayılması üçün şəraitin yaranması riskini nəzərə alaraq qeyri-xəstəxana şəraitində anti-bakterial vasitələrin və dezinfektantların həddən artıq istifadəsi təşviq edilməli deyil.

9.22. İctimai yerlərdə havalandırma sistemlərinin müntəzəm sazlanması qaydaları təsdiq və qətiyyətlə tətbiq edilməlidir.

9.23. İctimai iaşə obyektləri, sinif otaqları və ofislərdə masaların yerləşdirilməsinə dair yeni standartlar tətbiq edilməlidir.

9.24. İşçinin, şagirdin və ya tələbənin məsafədən iş və ya təhsil alma üsulunu seçmək və ya seçməmək hüququ qanunvericiliyə daxil edilməlidir.

9.25. Qripəbənzər simptomlar zamanı xəstələrin könüllü olaraq özünütəcridi seçməsi üçün bunu dəstəkləyən infrastruktur yaradılmalıdır (xəstəlik müddətinə görə ödəniş, ərzaq məhsulları və dərmanların çatdırılması sistemi və s.).

9.26. Pandemiya tədbirlərinin cəmiyyətin həyatının müxtəlif cəhətlərinə təsirini davamlı şəkildə izləyən tədqiqatlar üçün qrantlar təsis edilməlidir. Məsələn, koronavirusa yoluxmamış şəxslərin ölüm sayının dəyişməsinə, təhsilin keyfiyyətinə, autizmdən əziyyət çəkənlərə, spirtli içkidən istifadəyə, həyəcan pozuntusu və depressiya statistikasına, tibbi yardım üçün müraciət etməklə bağlı tərəddüdlərə və ortaya çıxan s. sahələrə üzərində sərt ictimai nəzarət və şəffaflıq şəraitində qrantlar ayrılmalıdır ki, bu cür araşdırmalar xarici və yerli təsirlərdən azad olsun.